Prior Leasing şirkəti "Satış meneceri (Saray)" vakansiyasını elan edir.
Namizədə olan tələblər:
-Ali təhsil;
-Satış sahasində 1 il təcrübə;
-Sürücülük bacarığı;
-Microsoft Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırılmasını təmin etmək və işin təşkili;
-Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
-Marketinq materiallarını yaşayış və biznes məntəqələrində Satış nümayəndələri tərəfindən yayılmasını təmin etmək;
-Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
-Real müştərilərin lizinq ilə bağlı müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara lizinq alınması prosesi barədə ətraflı məlumat vermək;
-Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
-Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
-Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatın etmək;
-Texniki nəzarət xidmətindən müvafiq sənədləri təhvil almaq;
-Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
-Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini və Satış müdirini məlumatlandırmaqla yerinə yetirmək;
-Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
-Rəhbərliyə müvafiq hesabatların vaxtı vaxtında təqdim etmək;
-Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
-Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq.
İş şərtlərimiz:
İş qrafiki : Həftə içi 5 gün;
İş saatları: 09:00-18:00;
İş yeri: Abşeron rayonu, Bakı-Sumqayıt şossesi ( Saray Postunun yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış Meneceri(Saray)” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.