Komandamız böyüyür! 

Müasir təhsil metodologiyalarına bələd, təcrübəli və enerjili bir Metodist axtarırıq. Bizimlə eyni hədəfə addımlamaq və peşəkar mühitimizin bir parçası olmaq istəyirsinizsə, CV-nizi gözləyirik. 

 

Namizədə tələblər:

​Yaş: 25-45

​Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir)

​İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi

​Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir

 

Şəxsi və peşəkar keyfiyyətlər:

​Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı

​Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları

​Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq

​Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı

​Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti

​Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq

 

Əsas vəzifə öhdəlikləri:

​Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi

​Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi

​Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması

​Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi

​Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət

​Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq

​Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

 

İş şərtləri:

​İş vaxtı: 09:00 – 18:00

​İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)

​Əmək haqqı: 1200 AZN - 1400 AZN

 

Məlumatlandırıcı qeydlər:

​Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

​CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur

​CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin

​Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

​İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur

​İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

 

​Maraqlanan namizədlər öz CV-lərini müraciət formasını dolduraraq [email protected] ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Metodist” qeyd etmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.