E-Ticarət (E-Commerce) Mütəxəssisi vakansiyası
Onlayn satış sahəsində inkişaf edən komandamıza E-Ticarət (E-Commerce) Mütəxəssisi axtarırıq. Rəqəmsal ticarət sahəsində təcrübənizə güvənirsinizsə və dinamik iş mühitində çalışmaq istəyirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.
Əsas vəzifələr:
E-ticarət platformasında məhsulların yerləşdirilməsi və məlumatların mütəmadi yenilənməsi;
Məhsul qiymətləri, stok vəziyyəti və kampaniyaların sistem üzərindən idarə olunması;
Onlayn sifarişlərin izlənilməsi və icra prosesinin koordinasiya edilməsi;
Satış nəticələrinin izlənilməsi və müvafiq hesabatların hazırlanması;
E-ticarət proseslərinin səmərəli və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
Tələblər:
Ali təhsil;
E-ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Məsuliyyətlilik, dəqiqlik və analitik düşüncə;
Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "E-Ticarət Mütəxəssisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.