Middle səviyyəli Full-Stack PHP Developer axtarırıq!
Namizəd əsasən backend yönümlü olacaq, lakin frontend tərəfini də rahat şəkildə idarə edə bilməsi üstünlükdür.
Texniki tələblər:
- PHP 8.2+ ilə real layihələrdə işləmə təcrübəsi
- Laravel Framework ilə praktiki iş təcrübəsi
- MySQL 8.0+ ilə işləmək, sorğuların optimizasiyası və indeksləmə bilikləri
- Tailwind CSS ilə responsive və səliqəli UI hazırlamaq bacarığı
- MVC arxitekturası və RESTful API prinsiplərini yaxşı anlama
- FreeBSD / Linux mühitində işləmə təcrübəsi və ya sürətli adaptasiya bacarığı
- Server-side caching (page, query, config) məntiqini başa düşmək və tətbiq etmək
- Form təhlükəsizliyi, validation, rate-limit və captcha (Google reCAPTCHA və s.) inteqrasiyası
- OWASP Top 10 (2021) riskləri barədə anlayış və praktik təhlükəsizlik yanaşması
- Layihə idarəetmə alətləri (Trello və oxşar task management alətləri) ilə işləmə bacarığı
Əlavə üstünlüklər:
- CI/CD anlayışı (GitHub Actions, GitLab CI və ya oxşar alətlər)
- Deployment proseslərində iştirak təcrübəsi
- Nginx ilə işləmək və basic server konfiqurasiya bilikləri
Namizəddən gözləntilər:
- Təmiz və oxunaqlı kod yazmaq
- Mövcud sistemləri analiz edib optimizasiya edə bilmək
- Texniki məsuliyyəti üzərinə götürmək
- Komanda ilə effektiv ünsiyyət və məsuliyyətli yanaşma
Əməkdaşlıq müddətli xidməti müqavilə əsasında remote (uzaqdan) formada olacaq. Uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilər.
Son tarix: 1 fevral