“Nardaran İnvest” MMC Təmizlik və Camaşırxana işləri üzrə İcraçı rəhbərin Assistenti (Menecer) vakansiyasını elan edir:

 

 Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

 

Vəzifə öhdəlikləri:

- Əsas təmizlik texnologiyalarını və kimyəvi maddələrin düzgün istifadə qaydasını bilmək;

- Ümumi ərazilərin təmizlik standartlarına tam uyğunluğunu təmin etmək, keyfiyyət yoxlamaları aparmaq;

- Təmizliklə bağlı yaranan hər hansı problemi vaxtında aşkar edib həll etmək;

- Təmizlik materiallarının (deterjan, avadanlıq) sifarişi və sərfiyyatına nəzarət;

- Təmizlik işçilərinin iş qrafiklərini hazırlamaq, iş bölgüsünü həyata keçirmək və iş prosesinə nəzarət etmək;

- Yeni işçilərin təlimatlandırılması, onların işə adaptasiyasına dəstək olmaq, heyətin peşəkar bacarıqlarının artırılmasını təmin etmək;

- Gündəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;

- Bütün təmizlik proseslərinin idarə edilməsi.

 

Tələblər:

-Müvafiq sahədə rəhbər vəzifədə ən az 1 il iş təcrübəsi;

-Yaş həddi 25+;

-Liderlik, komanda idarəetmə bacarığı və məsuliyyətli, təşəbbüskar yanaşma;

-Təmizlik kimyəvi maddələri və avadanlıqları haqqında bilik;

-Təmizlik standartları, prosedurları və sanitariya qaydaları barədə dərin bilik;

-Fiziki cəhətdən aktiv, diqqətli, məsuliyyətli və nizam-intizamlı.

-5 ulduzlu oteldə İcraçı təmizlik rəhbəri və ya nəzarətçisi qismində təcrübəyə malik olmaq.

-Təşkilatçılıq/planlaşdırma/həvalə/prioritetləşdirmə/problem həllində əla bacarıqlar;

-Mərtəbə, İctimai sahələr nəzarəti

-Ofis idarəetməsi;

-VİP və VVİP otaq və sahələrin idarə edilməsi;

-Tekstil, parça və digər materiallarla işləmək;

-Təsərrüfatının idarə edilməsi cədvəlinin tərtib edilməsi;

 

Əlavə məlumat:

- İş vaxtı: 5 günlük iş qrafiki ilə təyin olunur.

- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:

e-mail: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.