Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis ( Bakı, Sumqayıt, Gəncə filialı)

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Bank sektorunda müvafiq sahə üzrə 1- 3 il iş təcrübəsi;

Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;

MS Office proqramlarında işləmək bacarığı;

Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;

Məsuliyyətlilik və dəqiqlik.

İŞİN TƏSVİRİ:

Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;

Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;

Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;

Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;

Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;

Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis( Bakı, Sumqayıt, Gəncə filialı )" qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.