Əgər sosial media idarəçiliyi, rəqəmsal marketinq, SEO və Sİ alətləri ilə işləməyə marağınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Hazırda “SMM & Digital Marketing Specialist” vakansiyası üzrə yeni komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri
-Instagram, LinkedIn, Facebook və digər sosial media platformalarının idarə edilməsi
-Kibertəhlükəsizlik və Sİ məhsullarını izah edən cəlbedici, anlaşılan kontent yaradılması
-Aylıq kontent planı (content calendar) hazırlanması və icra edilməsi
-ChatGPT, Claude, Midjourney, Canva AI kimi alətlər vasitəsilə kontent istehsalının sürətləndirilməsi
-Vebsaytın SEO optimizasiyası: açar söz tədqiqatı, meta teqlər, kontent yazısı
-Analitika izlənməsi: Meta Business Suite, Google Analytics hesabatları
-Kampaniya nəticələrinin aylıq hesabatının hazırlanması
Tələblər
-Təhsil: Marketing, Kommunikasiya və ya İT sahəsindən ali təhsil
-Təcrübə: Minimum 1 il SMM və ya digital marketing sahəsində iş təcrübəsi
-Dillər: Azərbaycanca (səlis), İngilis dili (üstünlük)
-Texniki bilik: SEO əsasları, AI alətləri, Canva / Adobe Photoshop
Üstünlük verilir
-Kibertəhlükəsizlik və ya texnologiya sahəsindəki brendlər üçün kontent yazma təcrübəsi
-Ödənişli reklam (Meta Ads, Google Ads) idarəetmə təcrübəsi
-Video montaj (CapCut, Premiere Pro) bacarığı
Biz nə təklif edirik
-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Sİ və kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf imkanı
-Dinamik, texnologiya yönümlü komanda mühiti
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.