Milla Dairy LLC-də Təcrübə Proqramı – Arxiv və Sənəd Dövriyyəsi
Milla Dairy LLC olaraq Arxiv və Sənəd Dövriyyəsi şöbəsində 3 aylıq təcrübə proqramına qoşulacaq təcrübəçi axtarırıq!
Bu proqram sizə sənədlərlə iş, arxivləşdirmə və sənəd dövriyyəsi proseslərini real iş mühitində öyrənmək və praktiki təcrübə qazanmaq imkanı verəcək.
Təcrübə müddətində nələri öyrənəcəksiz?
Sənədlərin qəbul edilməsi, qeydiyyatı və sistemləşdirilməsi
Sənədlərin düzgün təsnifləşdirilməsi və arxivləşdirilməsi
Fiziki və elektron sənədlərin idarə olunması
Sənəd dövriyyəsi prosesinin mərhələləri
Sənədlərin saxlanma və qorunma prinsipləri
Sənədlərlə işləyərkən məxfilik və məlumat təhlükəsizliyi qaydaları
Sənədlərin axtarışı və düzgün şəkildə təqdim olunması
Korporativ mühitdə sənədlərlə işləmə qaydaları
Sizdən gözləntilərimiz:
Ali təhsil müəssisəsində təhsil alan tələbə olmaq;
Sənədlərlə işləməyə və yeni biliklər əldə etməyə maraq;
Diqqətli, məsuliyyətli və səliqəli olmaq;
MS Office proqramları üzrə ilkin biliklər;
Öyrənməyə və komanda ilə işləməyə həvəsli olmaq.
Biz nə təklif edirik?
3 aylıq real iş mühitində təcrübə
Peşəkar komanda ilə işləmək və öyrənmək imkanı
Arxiv və sənəd dövriyyəsi sahəsində praktiki biliklər
Təcrübə müddətində mentor dəstəyi
Servis xidməti
Nahar təminatı
Təcrübənin sonunda əldə etdiyin praktiki bilik və bacarıqların CV-nə əlavə edilməsi
İş yeri: Milla Dairy LLC, Bakı
Təcrübə müddəti: 3 ay
Əgər sən də sənədlərlə iş və inzibati proseslərin necə idarə olunduğunu real iş mühitində öyrənmək istəyirsənsə, CV-ni bizə göndər!
CV üçün: [email protected]