Knight Academy — Müştəri Əlaqələri üzrə Təcrübəçi (ödənişli)
BU İŞ NƏDİR
Knight Academy-yə hər gün WhatsApp, telefon və Instagram vasitəsilə tələbə müraciətləri gəlir. Sizin işiniz — həmin müraciətlərə birinci cavab verən adam olmaqdır.
• Gələn hər sorğuya cavab vermək — WhatsApp, telefon, Instagram
• Hər müraciəti qeydə almaq: kim, nə vaxt, hansı kursla maraqlanır, haradan gəlib
• Cavabsız qalan müraciətləri izləmək və geri dönüş etmək
• Qeydiyyata gələnləri komanda ilə əlaqələndirmək
PROQRAMDAN SONRA
Bu proqramın məqsədi komandaya daimi işçi seçməkdir. 2 ayın sonunda uğur qazanan namizədə Knight Academy-də tam ştatlı vəzifə təklif olunur.
QRAFİK
• Əsas: həftədə 5 gün, 13:00–19:00, ofisdə
• Əlavə (telefondan): Namizədin iş saatlarından kənarda telefona cavab verməsi də gözlənilir
• Müddət: 2 ay
TƏLƏBLƏR
• Azərbaycan dili — sərbəst
• Rus dili — ən azı B1. CV-də səviyyəni mütləq yazın.
• İngilis dili tələb olunmur.
• Dəqiqlik
KİMƏ UYĞUNDUR
Əvvəl ASAN Xidmətdə könüllü olmusunuzsa · çağrı mərkəzində işləmisinizsə · otel və ya klinika resepsiyonunda olmusunuzsa · tədris mərkəzində registrator işləmisinizsə · mağaza və ya kafedə müştəri xidmətində olmusunuzsa, bu iş sizin üçündür.
ÖDƏNİŞ
200 AZN / ay
MÜRACİƏT
CV-nizi [email protected] ünvanına göndərin.
CV-də hər iş yeri üçün başlama və bitmə tarixi yazılmalıdır (ay və il).
Məktubda bir cümlə əlavə edin: «Bu vəzifəyə ən uyğun təcrübəm — …»