Mobiloqrafiya Təlimçisi | Hoffman Co
Mobiloqrafiya Təlimçisi – Tələblər:
Mobiloqrafiya sahəsində təcrübə.
Təlim keçmək və təqdimat bacarığı.
CapCut və digər mobil montaj proqramlarını bilmək.
Kreativ düşüncə və sosial media trendlərini izləmək.
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq.
10:00 - 21:00 arası təlimlərin keçirilmə vaxt aralığı
Vəzifə öhdəlikləri:
Mobiloqrafiya üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi.
Mobil telefon vasitəsilə peşəkar foto və video çəkilişi texnikalarının öyrədilməsi.
Reels, TikTok və digər sosial media platformaları üçün kontent hazırlanmasının tədrisi.
CapCut və digər mobil montaj tətbiqlərində video redaktəsinin öyrədilməsi.
İşıqlandırma, kadr quruluşu, kompozisiya və səs yazısı üzrə praktik məşğələlərin təşkili.
Tələbələrin praktik işlərinin qiymətləndirilməsi və fərdi rəy verilməsi.
Tədris proqramının hazırlanması və müasir sosial media trendlərinə uyğun yenilənməsi.
Təlim müddətində tələbələrin inkişafının izlənilməsi və dəstəklənməsi.
Maaş 1000 Azn üzəri nəzərdə tutulub. Müraciət etmək istəyənlər Cv və Portfolio Subject hissəində Mobiloqrafiya təlimçi qeyd edərək və qısa olaraq niyə bu vəzifədə çalışmaq istəyirlər onu qeyd edib, [email protected] ünvanına göndərə bilərlər.


