Mühasib vakansiyası

 

Tələblər:

- Cins: qadın / kişi

- Yaş həddi: 30-45 yaş

- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr)

- Maliyyə və mühasibat sahəsi üzrə ən az 3 il iş təcrübəsi

- Vergi qanunvericiliyini bilməli

- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)

- İşgüzar yazışmalar

- İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar

- Yaşayış qeydiyyatı: Bakı şəhəri

- Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarığı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan 

- Komandada işləmək bacarığına malik olan

 

Öhdəliklər:

- Vergi, DSMF və Statistika hesabatlarının vaxtında və düzgün tərtib etməsi və müvafiq ünvanlara göndərmək

- Gündəlik və aylıq hesabatları yoxlamaq

- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini tərtib edilmək

- Əmək haqqı, məzuniyət, tabel cədvəli və digər mühasibat cədvəllərini tərtib etmək

- Bank əməliyyatlarının və ciddi hesabat blanklarının düzgün yazılmasına nəzarət edilməsi, həmçinin onların uçotunu aparmaq

- Debitor ve kreditor hesablarının aparılması və onlara nəzarət etmək

- Anbara nəzarət etmək

- Kassa əməliyyatlarının 1C proqramında nəzarət etmək

- Gündəlik qaimə hesab fakturaları yazmaq

- 1С proqramında məlumatların operativ daxil edilməsi və digər əməkdaşlar tərəfindən daxil edilən məlumatların yoxlanılmasını təmin etmək

- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək

 

İş şəraiti:

- İş saatı : 09:00-18:00

- Nahar şirkət tərəfindən qarşılanır;

- İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar

- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8

- Sabit əmək haqqı 700-800 AZN

- Şirkət: Radius Təkər Mərkəzi

 

"Müraciət qaydası: 

Maraqlanan namizədlər CV-ni “Mühasib” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər."

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.