Təhlükəsizlik üzrə menecer vakansiyası
Tələblər:
- Cins: Kişi
- Yaş həddi: 20-40 yaş
- Ali təhsil
- Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
- MS Office
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- İşgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
- Yaşayış qeydiyyatı: Bakı şəhəri
- Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan
- Obyektlərin mühafizəsinin təşkil etmək
- Qorunan obyektlərin cinayətkarlardan mühafizə etmək
- Mühafizə avadanlıqları və sistemlərinin istifadə bilikləri
- Siqnalizasiya və rabitə vasitələri ilə istifadə etmə bacarıqları
Öhdəliklər:
- Qabaqcıl nəzarət və müşahidə texnologiyalarını istifadə edilmək
- İş yerlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin normalarına, qaydalarına və təlimatlarına riayət etmək və nəzarət etmək . İstehsalat zədələrinin səbəblərini araşdırıb və onların qarşısını almaq üçün tədbirləri təşkil və tətbiq etmək
- İşə yeni qəbul olunanlara giriş təlimatı ilə tanış edir və əməyin mühafizəsi üzrə yaranan sualların aradan qaldırılması üçün əməkdaşlara kömək etmək
- Atestasiya və texniki personalın əməyin mühafizəsi normalarının, təhlükəsizlik texnikasının təlimatını, istehsalat sanitariyası və yanğından mühafizənin tələbləri biliklərinin yoxlanılması üzrə komissiyanın işində iştirak etmək
- Bədbəxt hadisələrin, oğurluq hadisələrinin və iş yerində baş verən digər gözlənilməz halların qarşısının alınması və olduğu təqdirdə səbəblərinin araşdırılmasında iştirak etmək
- Mövcud olan forma və qaydaların əsasında əməyin mühafizəsi və təhlükəsizlik texnikasının hesabatlarını aparmaq
- Yaralanma və zədələrdə ilkin tibbi yardım göstərmək
- Əməkdaşların davamiyyətini və onların iş vaxtında iş yerində olmalarına nəzarət etmək
- Xəzinə otağına nəzarət etmək
- Avadanlığın, əşyaların, texniki vasitələrin və digər ərzaq məhsulların qanunsuz çıxarışına nəzarət etmək
- Nizam-intizam qaydalarının icrasına nəzarət etmək (Qayda pozuntusu baş verdikdə tədbirlər görmək)
- Qoruyucu avadanlıqların və mühafizə sistemlərin vəziyyətinə nəzarət etmək
- İş yerində təlimatlara vaxtı-vaxtında və keyfiyyətli riayət etmək
- Əməyin mühafizəsinə və texniki təhlükəsizliyə ayrılan vəsaitlərin məqsədəyönlü xərclənməsi və əməkdaşlara verilən xüsusi geyimin, ayaqqabıların, texniki aksesuarların, avadanlıqların təyinata uyğun istifadə etmək
- Personala əməyin mühafizəsi, təhlükəsizlik texnikasına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizəyə aid olan suallar üzrə təlimlər keçirmək
İş şəraiti:
- İş saatı : 09:00-18:00
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
- Əmək haqqı 800-1000 AZN
- Şirkət: Radius Təkər Mərkəzi
"Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “Təhlükəsizlik üzrə menecer” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər."