MÜHASİB-XƏZİNƏDAR
“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Binə Agro” QSC Mühasib-Xəzinədar vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
Mədaxil-məxaric sənədləri əsasında kassa kitabının aparılması, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlayıb, iş günü sonunda kassa hesabatını tərtib etmək;
Xəzinə əməliyyatlarını yerinə yetirmək;
Kassa sənədlərini yoxlamaq;
Kassa və bank əməliyyatlarının 1C mühasibatlıq proqramında qeydiyyatını təmin etmək;
Mühasibatlıq hesabatlarında əməliyyatların düzgün müxabirləşməsini təmin etmək;
Mühasibatlıq proqramında pul vəsaitlərinin düzgün xərc maddələri üzrə bölüşdürülməsi və hesabların düzgün aparılmasını təmin etmək;
Statistik hesabatların verilməsini təmin etmək;
Şöbə Rəhbəri tərəfindən cari əməliyyatları yerinə yetirmək və məlumat vermək.
Tələblər:
Ali təhsil;
Əlavə təlim/sertifikasiyanın olması üstünlükdür;
Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi;
Rus dili biliyinin olması arzuolunandır;
1C və MS Office proqramlarında işləmək mütləqdir;
Məsuliyyətli və çevik olmaq;
Komanda ilə işləmək bacarığı;
Stressə davamlı olmaq;
Bəy namizəd;
Avtomobilinin olması üstünlükdür.
Biz təklif edirik
Əmək müqaviləsinin müddəti: 1 il;
İş yeri: Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu;
Əmək haqqı: 1200 AZN-dən;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib-Xəzinədar” qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.