JavaScript / Node.js Developer vakansiyası

 

 Vakansiya-Edumedia

 

 Təsvir

Edumedia şirkəti təcrübəli JavaScript / Node.js (TypeScript) developer axtarır. Uyğun namizəd təhsil sahəsində istifadə olunan iri həcmli, mövcud web platformaların inkişafında və dəstəklənməsində iştirak edəcək.

 

 Vəzifələr və Məsuliyyətlər

 Node.js və TypeScript (əsasən Express framework) ilə backend tətbiqlər inkişaf etdirmək.

 Mövcud iri layihələrin inkişafında iştirak etmək: yeni funksionallıq əlavə etmək, xətaları aradan qaldırmaq və sistemi dəstəkləmək.

 Layihə tələblərini analiz etmək və kodlaşdırmaq.

 PostgreSQL verilənlər bazası modelini (ORM vasitəsilə) qurmaq və sorğuları optimallaşdırmaq.

RESTful API-lər dizayn etmək və xarici servislərlə inteqrasiya qurmaq.

 Kodun keyfiyyətini, təhlükəsizliyini və performansını təmin etmək.

 Texniki xətaları araşdırıb həll etmək.

 Komanda daxilində effektiv kommunikasiya qurmaq və code review prosesində iştirak etmək.

 

 Tələblər

 Ən az 3 il Node.js və onun framework-ları ilə iş təcrübəsi.

 TypeScript biliyi.

 Express (və ya bənzər framework) təcrübəsi.

 SQL / PostgreSQL və ORM (TypeORM, Sequelize və bənzəri) təcrübəsi.

 RESTful API-lər yaratmaq və istifadə etmək bacarığı.

 Autentifikasiya və təhlükəsizlik (JWT və s.) barədə anlayış.

 Git və ya bənzər versiya nəzarət sistemlərindən istifadə bacarığı.

 Problem həll etmə və analitik düşünmə bacarıqları.

 Kommunikasiya və komanda işi bacarıqları.

 Yaradıcı və öyrənməyə həvəsli.

 

 Üstünlük sayılır (arzuolunan)

 Real-time funksionallıq (Socket.IO / WebSocket) təcrübəsi.

 Xarici API və ya LDAP / Active Directory inteqrasiyaları təcrübəsi.

 Linux, Docker, PM2 və deployment prosesləri ilə tanışlıq.

 İri həcmli mövcud layihəyə sürətli adaptasiya bacarığı.

 İş qrafiki

 Həftənin 5 günü.

 Saat: 09:00 – 18:00.

 Əmək haqqı: təcrübə və iş bacarığından asılı olaraq tənzimlənəcək.

 Ünvan

 

 Bakı şəhəri, Xətai pr. 34, Luxen Plaza.

 CV-lərinizi "Node.js Developer" başlığı altında [email protected] e-poçtuna göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.