Araz Supermarketlər Şəbəkəsi " Mühasibat hesablarının uyğunluğu üzrə analitik/aparıcı analitik" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
BMHS/IFRS tələblərinə uyğun olaraq gəlir, xərc, aktiv və passiv hesabların uçotunun təmin edilməsi;
Aylıq yoxlama balansının hazırlanmasının və uyğunluğunun yoxlanılmasının təmin edilməsi;
Pul vəsaitlərinin hərəkəti üzrə proqnoz və faktiki hesabatların hazırlanması və təqdim edilməsi;
Gəlir, xərc və balans hesabları üzrə kənarlaşmaların müəyyən edilməsi və təkliflərin hazırlanması;
Sistem inteqrasiyalarına nəzarətin həyata keçirilməsi və risklərin qiymətləndirilməsi;
Mühasibat uçotunun avtomatlaşdırılması və optimallaşdırılması layihələrinə dəstəyin göstərilməsi;
Maliyyə risklərinin, siyasət və prosedurlarının təhlil edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
Mühasibat ayının vaxtında bağlanmasına dəstəyin göstərilməsi.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə təhlili və maliyyə modelləşdirməsi üzrə biliklər;
MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
ACCA proqramı üzrə F3–F7 sertifikatlarının olması (mütləq tələb);
Analitik düşüncə, yüksək diqqətlilik və problem həll etmə bacarığı.
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;
Servis xidməti mövcuddur.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasibat hesablarının uyğunluğu üzrə analitik/aparıcı analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


