Azərbaycan Supermarket MMC "Videoqraf" vakansiyasını elan edir.

 

Vəzifə öhdəlikləri:

• Şirkətin marketinq strategiyasına uyğun olaraq video konseptlərin hazırlanmasında iştirak etmək, çəkiliş və montaj prosesini həyata keçirmək;

• Mağaza açılışları, kampaniyalar, daxili tədbirlər, məhsul təqdimatları və korporativ layihələrin video çəkilişini təşkil etmək;

• Sosial media platformaları (Instagram, Facebook, TikTok, YouTube və s.) üçün trendlərə uyğun, kreativ və dinamik video məzmunlar hazırlamaq;

• Çəkilmiş materialların montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, həmçinin motion qrafika, subtitr və digər vizual effektlərin əlavə edilməsini həyata keçirmək;

• Hazırlanan bütün video materialların şirkətin Brend Kitabçasına (Brand Guideline) uyğunluğunu təmin etmək;

• Çəkiliş üçün lazımi avadanlıqların (kamera, işıq, mikrofon, stabilizator və s.) düzgün istifadəsini, qorunmasını və sazlığını təmin etmək;

• Müəyyən edilmiş kontent planına və son tarixlərə (deadline) ciddi riayət edərək layihələri vaxtında təhvil vermək;

• Vəzifə öhdəliklərinin icrası çərçivəsində ehtiyac olduqda regionlarda çəkilişlərin aparılması məqsədilə ezamiyyətlərdə iştirak etmək.

 

Vəzifə üzrə tələblər:

        Videoqrafiya, Multimedia, Kino, Media və ya əlaqəli sahə üzrə ali və ya peşə təhsili;

        Videoqraf və ya Video Editor kimi minimum 2 il iş təcrübəsi (Retail və ya reklam agentliyi təcrübəsi üstünlükdür);

Reklam

        Portfolio və ya showreel təqdim edilməsi mütləqdir.

        Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;

        DaVinci Resolve, Final Cut Pro, Adobe Photoshop və Adobe Illustrator proqramları ilə işləmək bacarığı (üstünlükdür);

        Runway, Topaz Video AI, CapCut AI, Adobe Firefly və digər AI əsaslı alətlərdən istifadə etməklə video montajı, rəng korreksiyası, səs təmizlənməsi və subtitr yaradılması təcrübəsi;

        Professional kamera, işıq, səs və digər çəkiliş avadanlıqları ilə sərbəst işləmək bacarığı.

        Video montajı, rəng korreksiyası (Color Grading), səs tənzimlənməsi və motion qrafika üzrə dərin biliklər;

        Instagram Reels, TikTok, YouTube Shorts və digər platformaların formatlarına, trendlərinə uyğun video məzmun hazırlamaq bacarığı.

        Kreativ düşüncə, yüksək vizual estetik zövq və detallara diqqət;

        Vaxtın effektiv idarə olunması (multitasking) və layihələri təyin olunmuş deadline-a uyğun təhvil vermək bacarığı;

        Komandada işləmək və yüksək ünsiyyət (kommunikasiya) bacarıqları.

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Videoqraf” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.