Vakansiya: Şöbə müdiri

Departament/Şöbə: Mərkəzi Mühasibatlıq və Təyinat filialı, Mühasibat uçotu, təhlil və hesabatlıq şöbəsi

VƏZİFƏ FUNKSİYALARI:

-         Şöbənin əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi.

-         Şöbənin əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətlərin həyata keçirilməsi və nəzarət edilməsi.

-         Şöbənin fəaliyyətinin təşkil edilməsi, işçiləri arasında iş bölgüsünün aparılması və onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi, əmək və icra intizamına riayət olunmasına nəzarət edilməsi.

-         Şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi.

-         Şöbənin işçilərinin peşəkar inkişafına dəstək göstərilməsi, dəyərləndirilməsi və motivasiya edilməsi.

-         Şöbənin proseslərinin müvafiq qanunvericiliyə və daxili sənədlərə uyğunluğuna nəzarət edilməsi.

-         Şöbəyə daxil olan müraciətlərin, ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi.

-        Hesabatlılığın təmin olunması

-        Filialın əsasnaməsi ilə müəyyən edilmiş istiqamətlər üzrə digər fəaliyyətlərin həyata keçirilməsi.

-         Büdcə layihəsi üzrə sorğunun cavablandırılması, maliyyələşmə üçün müraciətlərin olunması.

-         Mərkəzi və Regional Məşğulluq filialları üçün mərkəzləşmiş şəkildə ayrılmış vəsaitlərin xərclənməsinə, xəzinə və bank hesabları üzərindən əməliyyatlara nəzarətin təşkil edilməsi.

-         Aktiv məşğulluq tədbirləri və saxlanma xərclərinin mühasibat uçotuna nəzarət etmək – müvafiq müxabirləşmələrin balansda əks etdirilməsinə nəzarət edilməsi.

-         Beynəlxalq standartlara uyğun hesabatların hazırlanmasının təmin edilməsi.

-         Az qiymətli əşyaların uçotuna nəzarət edilməsi.

-        Maddi-texniki təminat, yanacaq normalarına nəzarət və yanacaq xərclərinin ödənişi prosesinə nəzarət edilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR: 

-         Təhsil tələbi: Ali (İqtisadiyyat və ya idarəetmə ixtisaslar qrupu üzrə);

-         İş stajı: Müvafiq sahədə ən azı 4 il iş təcrübəsi; 

-        Kompüter bilikləri: “Microsoft Office” proqramları və 1C (8.3) proqramında yüksək səviyyədə işləmə bacarığı

Göstərilən tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasibat uçotu, təhlil və hesabatlılıq şöbəsinin müdiri” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Qeyd etmək istəyirik ki, yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.