TƏBİB tabeliyində olan Bərdə Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir.
Mövcud iş yeri:
▪️ Bərdə RMX
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️ Ali təhsil (maliyyə və iqtisadiyyat)
▪️ Sahə üzrə minimum 5 il iş təcrübəsi
▪️ Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
▪️ Dil bilikləri: İngilis dili (arzuolunan)
▪️ Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
▪️ Komandada işləmə;
▪️ Məsuliyyətlilik
▪️ Nəticəyönümlülük;
▪️ İntizamlılıq
İşin təsviri:
▪️ Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
▪️ Müəssisənin maliyyə fəaliyyətinin təşkil edilməsi;
▪️ Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;
▪️ Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
▪️ Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;
▪️ Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;
▪️ İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;
▪️ Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
▪️ Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;
▪️ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
▪️ Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;
▪️ Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;
▪️ Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.
Müraciət qaydası:
▪️ Vakansiyaya son müraciət tarixi: 16.11.2025
▪️ CV-lər [email protected] ünvanına göndərilməlidir;
▪️ Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Bərdə RMX – Maliyyə şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.