Müştəri Xidmətləri üzrə nümayəndə (Amburan Beach Club) vakansiyası
İşin təsviri:
Bankın məhsul və xidmətləri barədə ziyarətçilərə məlumat vermək və təqdimatlar həyata keçirmək;
Müştərilərin suallarını cavablandırmaq, ilkin məsləhətlər təqdim etmək və onları müvafiq xidmətlərə yönləndirmək;
Reklam kampaniyaları, aksiyalar və promo fəaliyyətlərdə iştirak etmək;
Promo materialların və hədiyyə məhsullarının paylanmasını həyata keçirmək;
Nümayəndəliyə müraciət edən müştərilərin qeydiyyatını aparmaq və potensial müştərilər haqqında məlumat toplamaq;
Nümayəndəliyin səliqəli və korporativ standartlara uyğun fəaliyyətini təmin etmək;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasına dəstək olmaq.
Namizədə dair tələblər:
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
Müştəri xidməti, satış və ya təqdimat sahəsində təcrübəyə üstünlük verilir;
Yüksək kommunikasiya və təqdimat bacarığı;
Məsuliyyətli, təşəbbüskar və operativ olmaq;
Komandada işləmək bacarığı;
Xarici görünüşə və korporativ etikaya diqqət yetirmək.
İş şəraiti:
İş yeri: Amburan Beach Club ərazisində yerləşən bank nümayəndəliyi;
İş qrafiki: 10:00 – 19:00;
İş rejimi: növbəli (bir gündən bir);
Əməkdaşlara işə başlamazdan əvvəl bank məhsulları və xidmətləri üzrə təlimlər keçiriləcək;
İş yeri lazımi ofis avadanlıqları ilə təmin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Nümayəndə (Amburan Beach Club)” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər