Pirallahı Gənclər Evi sosial xidmət müəssisəsi Təlim və İnkişaf üzrə Dərnək rəhbəri vəzifəsinə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
• Gənclərlə iş sahəsində təcrübə(2 il);
• Yaş həddi 24-29-dək;
• MS Office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Şəxslərarası effektivlik.
Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.
Təqdim ediləcək sənədlər:
• CV (foto ilə, iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ali təhsil haqqında diplomun surəti (əgər varsa);
• Tərcümeyi-hal (elektron formada).
Sənədlər elan paylaşıldıqdan sonra 10 iş günü ərzində elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz müəssisənin və vəzifənin adını “Mövzu” bölməsində qeyd etməyiniz vacibdir.