"Barattson" MMC Biznes təlimləri və Maliyyə ixtisaslaşması bölməsinə “Müştəri xidmətləri üzrə təmsilçi” vəzifəsinə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
Təlimlərə müraciət edən tələbələrin müqavilələrini hazırlamaq;
Yeni qrupların açılmasında iştirak etmək;
Təlim başlamazdan öncə otağı hazırlamaq;
Dərsdən sonrakı gün qruplara videorecordları göndərmək;
Sorğuların müvafiq qaydalar üzrə keçirilməsi və sorğu cədvəlini izləmək;
Daim tələbələrlə iş aparmaq, problemləri ilə yaxından maraqlanmaq, rəy və təkliflərini dinləmək və müvafiq tədbirlərin görülməsi üçün xətti menecerlə danışmaq;
Müəllim və tələbələrin olduğu ayrı-ayrı "Whatsapp" qruplarına nəzarət etmək;
Tələbələrin dərsə davamiyyəti və digər nüanslar daxil olmaqla hər birinin inkişafına nəzarət etmək;
Ehtiyac yaranarsa, bölmə işlərinə köməklik göstərmək.
Əsas tələblər:
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dilini bilmək üstünlükdür;
Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə "Word" və "Excel"i orta səviyyədə bilmək;
Müştəri xidmətləri sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir.
Şəxsi keyfiyyətlər:
Xoş, ünsiyyətcil, gülərüz;
Dinləmək qabiliyyəti;
Səlis nitq qabiliyyəti;
İnsanları inandırma bacarığı;
Çevik işləmək bacarığı;
Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
İş qrafiki: 6 iş günü (I-V 11:00-19:00, VI gün qısa iş günü)
İş yeri: Barattson Elmlər filialı, B. Vahabzadə küç. 5, BDU ilə üzbəüz
Əməkhaqqı: 400 AZN + bonus
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “MXT FQ” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 15 oktyabr 2025-ci il.