"AzTelco Group" MMC üçün " Daxili Audit üzrə Kiçik Mütəxəssis " axtarışındayıq!

 

İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;

İş rejimi: Tam ştat (Ofisdə);

İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.

 

Vəzifə Öhdəlikləri:

• Audit layihələri üçün müvafiq məlumat və sənədlərin toplanması;

• Risklərin müəyyənləşdirilməsi və onların biznes əməliyyatlarına potensial təsirinin qiymətləndirilməsi;

• Audit proseslərinin, tapıntıların və tövsiyələrin hərtərəfli sənədləşdirilməsinin təmin edilməsi;

• Auditlər zamanı əldə edilən həssas məlumatların məxfiliyinin qorunması;

• Etik standartlara və təşkilati siyasətlərə riayət olunması;

• Audit Departamenti rəhbərinin audit funksiyası ilə bağlı digər tapşırıqlarının icra edilməsi.

 

Tələb Olunan Bilik və Bacarıqlar

• Müvafiq sahədə ali təhsil;

• Daxili audit və maliyyə sahəsində biliklər;

• Daxili audit sahəsində minimum 1 il iş təcrübəsi;

• MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;

• Analitik düşünmə və detallı araşdırma aparmaq bacarığı;

• Məsuliyyətli yanaşma.

 

Biz sənə nə təklif edirik?

• İnnovativ və dəstəkləyici iş mühiti;

• Gənc və enerjili komanda ilə işləmək fürsəti;

• Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;

• Şirkət tərəfindən təmin olunan nahar;

• Könüllü tibbi sığorta;

• Korporativ nömrə.

Necə müraciət etməli?

Maraqlanan namizədlər CV-lərini “ Daxili Audit üzrə Kiçik Mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.