Vakansiya: Müştəri xidmətləri və satış üzrə mütəxəssis (sosial media üzərindən)
(1/2 ştat)
Şirkət: Brand Credit BOKT
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.
İşin təsviri:
• Instagram, Facebook, TikTok və digər sosial şəbəkələrdən daxil olan mesajların operativ və nəzakətli şəkildə cavablandırılması
• Potensial müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilməsi
• Müştərilərin müraciətlərinin satışa yönləndirilməsi və izlənilməsi
• Sosial şəbəkələr üzərindən yeni müştərilərin cəlb olunmasına dəstək göstərilməsi
• Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi
Tələblər:
• Azərbaycan dilində səlis yazılı ünsiyyət bacarığı
• Sosial şəbəkələrdən aktiv istifadə bacarığı
• Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq
• Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlük hesab olunur
• Komanda ilə işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı
İş şəraiti:
• İş qrafiki: 5 günlük (yarım ştat)
• İstirahət günləri: Şənbə və bazar
• Əmək haqqı qarşılıqlı razılıq əsasında
• Sosial şəbəkələr vasitəsilə cəlb edilən hər yeni müştəriyə görə əlavə bonus
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
________________________________________
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Müştəri xidmətləri və satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.


