Filiallar: Bakı şəhəri üzrə, Sumqayıt, Cəlilabad, Gəncə, Qazax, Sabirabad və Ağdaş
Vəzifə öhdəlikləri:
Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması;
Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil edilməsi;
Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət;
Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi;
Filial əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi;
Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət;
Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
Komandanı idarəetmə və liderlik bacarıqları;
Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şirkət təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri vəzifə və filialın adı qeyd edilməlidir.
Məsələn: "Filial Müdiri/ Müdir müavini – Bakı" və ya "Filial Müdiri/Müdir müavini – Qazax".


