Naxçıvanda təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə müsabiqə üçün  sənəd qəbuluna başlanılır

 

 Yanvarın 30-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki  ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbuluna başlanılır. 

 

 ️Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər  29 yanvar- 13 fevral 2026-cı il tarixləri arasında şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə  şəhər və rayon Təhsil Şöbələrinə təqdim edə bilərlər. 

 ️Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.

 

 Müsabiqə şərtləri ilə bağlı məlumat 

 Namizədlər üçün tələblər  linkində, proqramla bağlı məlumat 

UBTR proqram linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə 

UBTR elan linkində yerləşdirilib.

 

Müsabiqəyə təhsil müəssisələrində vakant olan  uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 19 vəzifə çıxarılıb.

 

Məlumat üçün bildirək ki,  Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə tədris rus dilində aparıldığından müsahibə zamanı namizədlərin həm də rus dilində danışıq qabiliyyəti yoxlanılacaqdır.

 

 Namizədlərə uğurlar arzulayırıq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.