VAKANSİYA: Xanım SMM mütəxəssisi
İş barədə məlumat
· Agentliyə daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək
· Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək
· Müştəri brifini kreativ komandaya anlaşıqlı şəkildə tam izah etmək
· Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq
· Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
· Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
· Aylıq hesabatları hazırlamaq
İş Şərtləri
- 5 günlük iş qrafiki / 10:00-dan 18:00-dək (Ofisdən)
- Şənbə günü qısa iş günü 10:00-15:00 (Home office)
Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.
Namizədə tələblər
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı
- Reels videoların hazıırlanması
- Facebook Business manageri bilməli
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı
- idarəçilik və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV və portfolio məlumatlarını “Sosial Media Marketinq mütəxəssisi” başlığı ilə [email protected] elekton ünvanına göndərə bilərlər.
Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.