“ANİMAFİLM” komandası böyüyür! Biz Ofis Meneceri / Assistent axtarırıq!
Yüksək keyfiyyətli animasiya filmlərinin istehsalı, yayımı və festivalların təşkili ilə məşğul olan dinamik şirkətimizə inzibati prosesləri idarə edəcək, ofisimizin nizamını və rahat iş mühitini təmin edəcək komanda yoldaşı axtarırıq.
Əsas Vəzifə Öhdəlikləri:
Direktor və layihə menecerinin müxtəlif tapşırıqlarının icrası.
Ofisin gündəlik fəaliyyətinə və səliqəsinə nəzarət (təmizlik və nizamın qorunması).
Ofis ləvazimatlarının, inventarın idarə edilməsi və lazımi satınalmaların edilməsi.
Qonaqların qarşılanması və çay/qəhvə ikramı.
Rəqəmsal / fiziki sənədləşmənin təşkili, qəbz və xərclərin qeydiyyatı (çeklərin toplanması, hesabatlıq).
Namizəddən gözləntilərimiz:
İnzibati və ya təşkilati işlərdə təcrübə.
MS Office proqramları ilə işləmək bacarığı.
Azərbaycan dili (İngilis dili biliyi arzuolunandır).
Müstəqil, təşəbbüskar, diqqətli və məsuliyyətli yanaşma.
Mehriban və peşəkar davranış forması.
İş şərtləri:
İş qrafiki: Tam ştat (09:00–18:00, həftə içi 5 gün)
İş yeri: Yalnız ofis daxilində
Müraciət üçün:
Tələblərə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri / Assistent - ANİMAFİLM“ qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.


