EUROLİNE QSC, Sosial Media Meneceri vakansiyasını elan edir

 

 

Vəzifə öhdəlikləri:

Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;

Tikinti layihələri, görülən işlər, obyektlərin tikinti mərhələləri və korporativ fəaliyyətlə bağlı foto, video və mətn məzmununun hazırlanması və paylaşılması;

Tikinti sahələrinə mütəmadi səfərlər edərək foto və video çəkilişlərinin təşkili;

Layihələrin təqdimatı üçün kreativ kontent planının hazırlanması və aylıq kontent təqviminin idarə edilməsi;

Şirkətin korporativ imicinə uyğun vizual və mətn məzmununun hazırlanmasının koordinasiyası;

Sosial media statistikalarının təhlili, aylıq hesabatların hazırlanması və inkişaf üzrə təkliflərin təqdim edilməsi;

Rəqib şirkətlərin və tikinti sektorundakı bazar trendlərinin mütəmadi izlənilməsi;

Şirkətin tədbirləri, təqdimatları, təhvil mərasimləri və digər korporativ fəaliyyətlərinin sosial mediada işıqlandırılması;

Reklam

 

Vəzifə üzrə tələblər və biliklər:

Tikinti, daşınmaz əmlak və ya sənaye sektorunda SMM sahəsində iş təcrübəsi;

Foto və video montaj proqramları ilə işləmək bacarığı;

Drone çəkilişləri və ya bu prosesin təşkilində təcrübə;

Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini isə işgüzar səviyyədə bilmək.

 

Xahiş edirəm maksumum dərəcədə paylaşaq iş axtaranlara dəstək olaq.

Müraciət etmək istəyən namizədlər iddia etdiyi vakant vəzifənin adını məktubun başlığında (subject) qeyd etməklə, CV-lərini [email protected] elektron ünvanına göndərə və ya mənə şəxsidən yaza bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.