Vakansiya | Problemli Kreditlərlə İş Şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi
BOKT Falcon Finance MMC komandasına yeni əməkdaşlar dəvət edir.
İş yeri: Bakı
İş rejimi: Tam iş günü (5 gün)
Əmək haqqı: Razılaşma əsasında + bonus
Əsas vəzifələr:
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə zəng edilməsi;
• Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək;
• Əməkdaşa təhkim olunmuş kredit portfeli üzrə borcların yığımını təmin etmək;
• Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi;
• Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
• Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
• Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
• Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyaya cəlb edilməsi.
Tələblər:
• Ali təhsil (bakalavr);
• Yüksək ünsiyyət qabiliyyəti;
• MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
• Problemli borcalanlarla əlaqə yaratmaq bacarığı;
• Analitik düşünmə və riyazi təhlil etmə bacarığı;
• Stress altında işləmə bacarığı.
Son müraciət tarixi: 25.07.2026
Tələblərə cavab verən namizədlər CV-lərini “Problemli Kreditlərlə İş Şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


