Komandamıza qoşulmaq üçün Vakansiya:
Protokol üzrə mütəxəssis
Əmək funksiyaları:
Rəsmi görüşlər, tədbirlər, müşavirələr və digər tədbirlərin təşkili və protokol qaydalarına uyğun keçirilməsini təmin etmək;
Qonaqların qəbulu, qarşılanması, yerləşdirilməsi və müşayiət olunması prosesini planlaşdırmaq və əlaqələndirmək;
Xarici nümayəndə heyətləri ilə yazışmaların, rəsmi məktubların hazırlanmasında iştirak etmək;
Dövlət bayramları, anım günləri, yubileylər və digər rəsmi tədbirlərlə bağlı protokol tədbirlərinin keçirilməsini təmin etmək;
Qurumun rəhbərliyinin iştirak etdiyi daxili və xarici səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək, həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
Tədbirlərdə istifadə olunan dövlət rəmzlərinin (bayraq, gerb və s.) düzgün formada təqdim olunmasına nəzarət etmək;
Tədbirlər zamanı texniki və inzibati təminat məsələlərinin (zalların hazırlanması, oturma ardıcıllığı, qeydiyyat, tərcümə, hədiyyə protokolu və s.) əlaqələndirilməsində iştirak etmək;
Protokol fəaliyyətinə aid hesabatlar, arayışlar və məlumat sənədləri hazırlamaq.
Namizədə dair tələblər:
Təhsil: ali təhsil (beynəlxalq münasibətlər, beynəlxalq hüquq, regionşünaslıq, dövlət və ictimai münasibətlər üzrə ali təhsil);
Staj: müvafiq sahə üzrə 1 ildən az olmayaraq əmək stajı;
Xarici dil: ingilis dili səlis, rus dili yaxşı səviyyədə;
Dövlət protokolu qaydaları, etik davranış normaları və rəsmi tədbirlərin keçirilməsi prinsipləri haqqında biliklər;
Tədbir və səfərlərin təşkilinə dair inzibati prosedurlar və planlaşdırma bacarığı;
Əlaqələrin idarə edilməsi və koordinasiya bacarığı (xarici nümayəndəliklər, dövlət qurumları və tərəfdaş təşkilatlarla işləmək üçün);
İşgüzar yazışmaların aparılması bacarığı;
Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı;
Ünsiyyət, komanda ilə işləmə bacarığı;
Çeviklik, təşkilatçılıq, problem həll etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Protokol üzrə mütəxəssis” yazaraq aşağıdakı emailə göndərə bilərlər.
Müraciət üçün: [email protected]