Qrafik Dizayn-Ödənişsiz Təcrübə Proqramı
Dizayna marağınız var və dinamik, beynəlxalq mühitdə təcrübə qazanmaq istəyirsiniz? AEGEE-Bakı, Avropa Tələbələr Forumunun Azərbaycandakı nümayəndəçiliyi Qrafik Dizayner Təcrübəçisi axtarır!
Müddət: 3 ay
Tipi: *Ödənişsiz*
Yer: Remote
Təcrübə haqqında:
Bu təcrübə proqramı, qrafik dizayn sahəsində praktik təcrübə qazanmağı təmin edir. AEGEE-Bakı üçün müxtəlif tədbirlər, sosial media və promosyon materialları hazırlamaq üçün vizual məzmun yaratmaqda iştirak edəcəksiniz.
Tələb olunan bacarıqlar:
- Qrafik dizayn proqramlarında (Adobe Photoshop, Illustrator və s.) əsas biliklər
- Dizayna olan yaradıcı yanaşma
- Diqqətcil olmaq
- Müstəqil və komandada işləmə bacarığı
- Dizayn bacarıqlarını öyrənmək və inkişaf etdirmək istəyi
- Canva və ya bənzər vasitələrlə təcrübə əlavə üstünlükdür
Sizə nə fayda verəcək:
- Təcrübə proqramını başa vurduqdan sonra sertifikat
- AEGEE-Bakı-dan referans məktubu
- Multikultural mühitdə işləmək təcrübəsi
Əgər yaradıcı komandanın bir hissəsi olmaq və təsir yaratmaq istəyirsinizsə, CV-nizi və portfolionuzu [email protected] ünvanına göndərin.
Müraciət üçün son tarix: 10.12.2025