VAKANSİYA

 

Qarabağ Universitetinin İncəsənət Fakültəsi geyim dizaynı istiqaməti üzrə müəllim vəzifəsinə yaradıcı, peşəkar və sahəsində təcrübəli mütəxəssisləri dəvət edir.

 

Əgər geyim dizaynı sahəsində təcrübəniz, yaradıcı yanaşmanız və biliklərinizi tələbələrlə bölüşmək istəyiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik

 

Əsas vəzifələr:

• Geyim dizaynı üzrə müvafiq fənlərin tədrisi;

• Fənn sillabuslarının hazırlanması;

• Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;

• Tələbə və müəllim sərgilərinin təşkilində iştirak;

• Fərdi və müəllif layihələrinin hazırlanması;

• Tədris və yaradıcılıq fəaliyyətinin inkişafına dair təkliflərin hazırlanması;

• Fakültənin sosial, ictimai və təhsil tədbirlərində fəal iştirak.

 

Namizədə tələblər:

• Geyim dizaynı və ya müvafiq sahə üzrə minimum magistr dərəcəsi;

• Ali təhsil müəssisəsində elmi-pedaqoji və ya yaradıcı iş təcrübəsi;

• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı;

• Müasir tədris metodlarından və İKT imkanlarından istifadə bacarığı;

• Yüksək kommunikasiya, liderlik və idarəetmə bacarıqları;

• Yaradıcı düşüncə və tələbəyönümlü yanaşma.

 

Müraciət üçün tələb olunan sənədlər:

 CV və portfolio

 Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript

 İştirak etdiyiniz sərgilərin siyahısı (əgər varsa)

 Maksimum 500 söz həcmində motivasiya məktubu

 

 Müraciət üçün: [email protected]

 

Məktubun mövzu hissəsində “Geyim dizaynı istiqaməti üzrə müəllim” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.