Vəzifə : “Qaynar xətt operatoru”

 

Əsas vəzifə öhdəlikləri:

Müştərilərin Qaynar xətt və sosial şəbəkələr üzərindən daxil olan sorğularını cavablandırmaq;

Məhsul və xidmətlər barədə müştərilərə dəqiq məlumat vermək;

Müştəri müraciətlərini operativ şəkildə yönləndirmək və problemlərin həllinə dəstək olmaq;

Daxil olan zənglərin qeydiyyatını aparmaq və hesabat hazırlamaq;

Müştəri məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarını qorumaq.

Tələb olunan bilik və bacarıqlar:

·       Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili bilikləri üstünlükdür);

·       Düzgün diksiyaya sahib olmaq;

·       Stressə davamlılıq və operativ qərarvermə bacarığı;

·       Müştəriyönümlü düşüncə və komanda ilə işləmə qabiliyyəti;

·       Kompüter bilikləri (MS Office, CRM sistemləri).

Tələb olunan təhsil, iş təcrübəsi:

Ali təhsil;

Müştəri xidmətlərində iş təcrübəsi üstünlük hesab olunur.

Rus dili biliyi üstünlükdür.

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə;

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Qaynar xətt operatoru” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.