SATIŞ TƏMSİLCİSİ (TƏCRÜBƏÇİ) AXTARILIR
#SatAnar tərəfindən
15 illik satış təcrübəm, yüzlərlə bağlanmış deal, minlərlə rədd cavabı…
və indi ölkənin ilk Biznes TV-sində yaratdığımız yeni satış komandasına sən də qoşula bilərsən.
Bu, “ofisdə oturub PDF-lərlə təlim keçək” layihəsi deyil.
Bu, real bazar təcrübəsidir.
Sahəyə çıxırsan, danışırsan, danışırsan — və satış öyrənirsən.
Və bəli, pul da qazana bilərsən!
Vəzifə: Satış Təmsilçisi (Təcrübəçi)
Nə əldə edəcəksən?
#SatAnar-dan birbaşa satış təlimi – kitabda olan yox, həyatda işləyən.
Real sahə təcrübəsi – müştərilərlə canlı görüş, təqdimat və danışıqlar.
B2B satışın bütün mərhələləri – soyuq kontakt, objection, bağlama.
Biznes TV-də rəsmi karyera imkanı – nəticələrinə görə komandaya tam keçid şansı.
Həqiqi təcrübə – CV üçün deyil, həyat üçün.
Əlavə olaraq, sahədə qazanc imkanı.
Tələblər
Aktiv, danışıq qabiliyyətinə malik və riskdən qaçmayan olmaq.
Sahədə işləməyə hazır olmaq.
Hədəf və nəticə yönümlülük.
Özünü sınamaq və inkişaf etdirmək istəyi.
İş formatı
Sahədə satış görüşləri
Müştəri araşdırması
Həftəlik #SatAnar mentoru ilə nəticə analizləri
Kimlər üçün uyğundur?
Satış sahəsinə sıfırdan başlamaq istəyənlər
Gələcəkdə satış müdiri və ya sahibkar olmaq istəyənlər
Real təcrübə toplayıb özünü sübut etmək istəyənlər
Həm təcrübə, həm də qazanc istəyənlər
CV-ləri : [email protected] mailnə ya da 0702897163 vatsap göndərin