Hikvision Co” MMC

 Qrafik Dizayner

Komandamız genişlənir! Böyüyən komandamız üçün yeni əməkdaş axtarırıq.

 İş barədə məlumat:

 Sosial media şəbəkələri üzrə postları və digər məzmunları dizayn etmək (Facebook, Instagram və s.)

 Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini həyata keçirmək

 Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək

 Şirkətin imicinə və brend tonuna uyğun sosial media üslubu formalaşdırmaq

 İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

 Həftə içi 5 gün, saat 10:00-dan – 19:00-dək (şənbə günü növbəli və qısa iş günüdür)

 Əmək haqqı: Müsahibə əsasında

 Ünvan: Şərq bazarının yaxınlığı (metro 28 May)

Namizədə tələblər:

 Ali təhsil (marketinq, biznes sahəsi üzrə arzuolunandır)

 Azərbaycan dilində əla səviyyədə danışıq və yazı bacarığı, rus dili biliyi arzuolunandır

 Adobe Creative Cloud (Adobe Photoshop, Adobe Illustrator və s.) proqramları biliyi

 AI ilə işləmə bacarığı

 Qrafik dizayner sahəsində ən azı 2 il iş təcrübəsi

 Kreativ yanaşma və yeni ideyalar təklif etmə bacarığı

 Yaş: 20 – 35

 Biz təklif edirik:

 Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti

 Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək

 Peşəkar və karyera yüksəlişi üçün imkanlar

 Rəqabətli əmək haqqı və müavinətlər paketi

 Yeni ideya və yanaşmalara açıq mühit

 Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] ünvanına, Subject/Mövzu hissəsində “Qrafik dizayner” qeyd etməklə göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.