Vakansiya: Radiologiya texniki

 

İş yeri: Xankəndi şəhəri

İş qrafiki: Tam ştat

 

Vəzifə Öhdəlikləri:

-Radioloji müayinələrin (rentgen, KT, MRT və s.) təhlükəsiz və keyfiyyətli şəkildə aparılmasını təmin etmək;

-Avadanlıqları düzgün işlətmək və texniki təhlükəsizlik qaydalarına riayət etmək;

-Həkim-radioloqun göstərişlərinə uyğun olaraq görüntüləri hazırlamaq və təqdim etmək;

-Radioloji avadanlıqların işlək vəziyyətinə gündəlik nəzarət etmək, nasazlıqları rəhbərliyə bildirmək;

-Pasiyentləri prosedur barədə məlumatlandırmaq və onların təhlükəsizliyini təmin etmək;

-Radiasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmək, qoruyucu vasitələrdən istifadə etmək;

-Müayinələrin nəticələrini düzgün qeydiyyata almaq və arxivləşdirmək;

-İş mühitində sanitariya-gigiyena normalarına riayət etmək.

 

Namizədə Tələblər:

-Radiologiya sahəsində ali tibbi təhsil (üstünlükdür);

-Ən azı 5 il müvafiq sahədə iş təcrübəsi;

-Müasir radioloji cihaz və avadanlıqlarla işləmə bacarığı;

-Beynəlxalq xəstəxana standartları, xüsusilə JCI üzrə iş təcrübəsi;

-Komandada işləmək, ünsiyyət və koordinasiya bacarıqları;

-Azərbaycan dili sərbəst, xarici dil - üstünlükdür;

-Pasiyentlərlə peşəkar və etik davranış qaydalarına riayət etmək;

 

Müraciət Qaydası:

Maraqlanan şəxslər 23 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Radiologiya texniki” başlığı ilə CV göndərməlidirlər. Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.