Vakansiya: SƏTƏM mütəxəssisi
İş yeri və iş qrafiki: Tam ştat, Xankəndi şəhəri
Vəzifə öhdəlikləri:
-SƏTƏM üzrə daxili qaydaların, prosedur və təlimatların hazırlanması, tətbiqi və onların icrasına nəzarət etmək;
-Klinikanın əmək mühafizəsi və təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət etmək,
-Əmək qanunvericiliyinə, sanitariya, texniki təhlükəsizlik normalarına uyğun fəaliyyətin təşkili və icrasına nəzarət etmək,
-İş yerlərində potensial risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
-İşçilərə SƏTƏM üzrə təlimlərin təşkili və keçirilən maarifləndirmə işlərinə rəhbərlik etmək;
-İşçilərin qanunvericiliyə uyğun olaraq ilkin və dövri tibbi müayinədən vaxtında keçirilməsinə nəzarət etmək;
-Qəza, bədbəxt hadisə və fors-major hallarında araşdırma aparmaq və rəhbərliyə hesabat təqdim etmək;
-Klinikada radiasiya və kimyəvi maddələrlə işləyən əməkdaşların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirləri həyata keçirmək;
-SƏTƏM ilə bağlı dövri hesabatların hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim olunmasına dəstək göstərmək.
Tələblər
-Ali təhsil (əməyin mühafizəsi üzrə);
-Minimum 3 il iş təcrübəsi (tibb müəssisəsində təcrübəsi olanlara üstünlük verilir);
-Əmək mühafizəsi, yanğın təhlükəsizliyi, radiasiya təhlükəsizliyi və sanitariya-gigiyena normaları barədə biliklər;
-Təlimlərin təşkili və işçilərlə ünsiyyət qurmaq bacarığı;
-Azərbaycan dilində sərbəst ünsiyyət (xarici dil bilikləri üstünlükdür);
-Xankəndi şəhərində işləməyə hazır olmaq.
Müraciət Qaydası:
Maraqlanan şəxslər 23 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “SƏTƏM mütəxəssisi” başlığı ilə CV göndərməlidirlər. Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.