Prior Şirkəti "Rəqəmsal Layihələr üzrə Mütəxəssis" axtarışındadır!

 

Namizədə olan tələblər: 

-         Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və b.);

-         IT Biznes Analitik, Sistem Analitik, Texniki Analitik və ya IT dəstək üzrə admin kimi 1-2 il təcrübə;

-         REST API, SQL, BPMN və ya UML üzrə praktik biliklər;

-        İngilis dili (B1və üzəri);

-        Proqramçılar üçün detallı və aydın texniki tapşırıq yazmaq bacarığı;

-         Güclü analitika, yüksək diqqət və sistemli yanaşma;

-        Komandada işləmə və stakeholder idarəetməsi bacarığı.

 

Vəzifə öhdəlikləri: 

-         Bütün aktiv IT/digital layihələrin izlənməsi və koordinasiyası (prioritet, risk, asılılıqlar, timeline) ;

-        Departamentlər və stakeholder-lərlə işləyərək tələblərin toplanması, görüşlərin aparılması, nəticələrin sənədləşdirilməsi;

-         Vendor developer-lər üçün texniki sənədlərin hazırlanması: SRS/BRD, user story, acceptance criteria, proses təsvirləri;

-        Proseslərin BPMN / UML ilə modelləşdirilməsi (as-is / to-be) ;

-         API və inteqrasiyalar üzrə iş: Endpoint-lərin, payload-ların, autentifikasiya və error-handling tələblərinin analiz edilməsi;

-        İnteqrasiya testlərinə dəstək, nəticələrin yoxlanması;

-         Data yoxlamaları və analiz üçün SQL sorğularının yazılması/oxunması;

-        CRM/ERP və digər sistemlərdə yaranan incident/error-ların araşdırılması, reproduksiya, log/toplanan məlumatların vendor/IT komandasına ötürülməsi və həllin izlənməsi;

-         Zərurət olduqda dövlət qurumları və xarici şirkətlərlə yazışma/koordinasiya.

 

İş şərtlərimiz:

·           Əmək haqqı: 1100-1200 AZN;

·           İş qrafiki : Tam iş günü (5 gün);

·           İş saatları: 08:30-17:30;

·           İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Layihələr üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.