Test üzrə Senior/Middle QA mütəxəssis vakansiyası
Təhsil və Təcrübə:
- Ali təhsil (IT ixtisası üzrə ali təhsil almışlara üstünlük verilir);
- Minimum 2 illik təcrübə test sahəsində.
Texniki biliklər və alətlər:
- Proqramlaşdırma dillərindən biri üzrə biliklər (Java, Python, JavaScript);
- UI və API səviyyəsində avtomatlaşdırılmış testlərin yazılması və saxlanması
bacarığı;
- MS Office proqramları və SQL dili üzrə ümumi anlayış;
- Jira və Confluence alətləri ilə işləmə təcrübəsi;
- Aşağıdakı test avtomatlaşdırma alətlərindən biri və ya bir neçəsi ilə iş
təcrübəsi:
· Selenium, Selenide, Cypress, Playwright, Appium və s.;
- Test nəticələrinin hesabatlandırılması və idarə olunması alətlərindən biri
ilə işləmə təcrübəsi:
· Allure, Extent Report, Surefire.
- CI/CD alətləri ilə (məsələn: Jenkins, GitLab CI) işləmə bacarığı üstünlük
hesab olunur;
- İSTQB sertifikatı olan namizədlərə üstünlük verilir;
Analitik və idarəetmə bacarıqları:
- Risklərin və test zamanı aşkar edilən çətinliklərin effektiv idarə olunması
bacarığı;
- Güclü analitik düşüncə və test nəticələrini təhlil etmə qabiliyyəti;
- Xətaların idarə olunması və təhlili üçün uyğun alət və sistemlərdən
səmərəli istifadə bacarığı.
İş metodologiyaları və proseslər:
- Agile, Scrum metodologiyaları ilə işləmə təcrübəsi;
- Proqram təminatı testlərini planlaşdırmaq və idarə etmək bacarığı;
-Test prosesinə başlamazdan əvvəl aşağıdakı sənədləri oxuyub anlamaq və
təhlil etmək:
· Müştəri tələbləri (Use Case),
· Biznes tələbləri,
· Analiz və dizayn sənədləri;
- Test Keys Tələb Matrisi (RTM) tərtib etmək bacarığı;
- Müştəri Testi (UAT) prosesini təşkil və idarə etmək bacarığı.
İş şərtləri və şəraiti:
· Tibbi sığorta
· Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən
razılaşma yolu ilə təyin olunacaq
Tələblərə cavab verən namizədlərdən CV formasını e-mail vasitəsilə mövzu yerinə “Test üzrə Senior/Middle QA mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.