VAKANSİYA | Sənədlərlə İş üzrə Təcrübə Proqramı
Komandamız universiteti yeni bitirmiş, öyrənməyə həvəsli və inkişaf yönümlü gənc mütəxəssisləri Sənədlərlə İş üzrə Təcrübə Proqramına dəvət edir.
Namizədə tələblər:
Ali təhsil (yeni məzunlara üstünlük verilir)
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
MS Office proqramlarında baza bilikləri
Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzi
Komandada işləmək və yeni biliklər öyrənmək istəyi
Təcrübə proqramı çərçivəsində:
Müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi prosesində dəstək
Müqavilələrin imzalanması və sənəd dövriyyəsinin təşkili prosesində iştirak
Sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi işlərində praktiki təcrübə
Daxili sənəd dövriyyəsi və sənəd idarəetmə prosesləri ilə tanışlıq
Şirkət : FF CONSTRUCTİON
İş rejimi: 5 günlük
Əməkhaqqı: 400 azn (net)
Nahar və servis xidmətimiz mövcuddur
Ünvan: Abşeron rayonu,Saray qəsəbəsi
Müraciət üçün : [email protected]


