Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyası

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

Ünvan: Bakı şəhəri.

  NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə üstünlükdür);

Bank və ya maliyyə sektorunda minimum 2 il iş təcrübəsi;

Bank əməliyyatlarının qanunvericiliyə uyğun icrası üzrə praktiki biliklər;

Analitik düşüncə və hesabatların hazırlanması üzrə yüksək dəqiqlik;

Çevik işləmə bacarığı və zərurət yarandıqda müxtəlif funksiyalar üzrə məsuliyyət götürmək qabiliyyəti;

Komanda ilə əməkdaşlıq və effektiv ünsiyyət bacarıqları.

 İŞİN TƏSVİRİ:

Avans və konsiqnasiya əməliyyatları üzrə qeydiyyatların bankdaxili əməliyyat sistemində düzgün və vaxtında icrasını təmin etmək;

Müvafiq dövlət qurumlarından daxil olan (Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, vergi orqanları və s.) sorğu və məktubları cavablandırmaq, yazışmaları mərkəzləşdirilmiş qaydada təşkil etmək;

Bankın daxili qayda və prosedurlarına uyğun fəaliyyət göstərmək, müəyyən edilmiş tələblərə riayət etmək;

Avans və konsiqnasiya əməliyyatlarının elektron qeydiyyatını mərkəzləşdirilmiş şəkildə aparmaq və nəzarətdə saxlamaq;

Komanda daxilində iş bölgüsünü nəzərə alaraq, zərurət yarandıqda digər əməkdaşlara dəstək göstərmək;

Rəhbərlik (direktor və menecer) tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Sənədli əməliyyatar üzrə aparıcı mütəxəssis / baş mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.