Sərhədləri aş: “Creative Zone Düşərgəsi” səni gözləyir!
Yaradıcılıq, texnologiya, rəqəmsal trendlər... Hamısı bir arada, tam sənlik bir mühitdə!
Əgər sən də:
Süni intellektin imkanlarını kəşf etmək,
Film, musiqi, rəqs və geek culture dünyasına addım atmaq,
Esport turnirlərində rəqabəti hiss edib, komanda oyunlarında qalib gəlmək,
İnteraktiv təlimlər və rəngli incəsənət workshopları ilə bacarıqlarını pikə çatdırmaq,
Və ən əsası, özün kimi yaradıcı insanlarla tanış olub unudulmaz yay xatirələri yığmaq istəyirsənsə – yerin tam olaraq buradır!
12-16 iyul
Quba Olimpiya İdman Kompleksi
Düşərgə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə “CAVAN” Gənclər Hərəkatı tərəfindən həyata keçirilir.
Qeyd:
Seçildiyiniz təqdirdə müsahibə mərhələsinə dəvət olunacaqsınız.
Sərhədləri aş, yaradıcılığını kəşf et və Creative Zone-un bir parçası ol!
Son qeydiyyat tarixi: 5 İyul
Qeydiyyat linki: LİNK