“Sosial Tərəfdaş” Yay Təcrübə Proqramına Qeydiyyat Başladı!

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsi çərçivəsində ödənişsiz yay təcrübə proqramına qeydiyyat açıqdır.

 

Bu proqram sosial sahəyə maraq göstərən tələbə və yeni məzunlar üçün real layihələrdə iştirak etmək, praktiki bacarıqlar qazanmaq və peşəkar inkişaflarını sürətləndirmək imkanı yaradır.

 

 Proqram çərçivəsində əldə edəcəksiniz:

 Sosial layihələrin təşkili və icrasında praktiki təcrübə

 Komanda işi və ünsiyyət bacarıqlarının inkişafı

 Rəsmi sertifikat əldə etmək imkanı

 CV üçün təcrübə və tövsiyə məktubu imkanı

 

 Qeyd: Təcrübə proqramı ödənişsizdir və təcrübəçilər gündəlik olaraq 3 saat fəaliyyət göstərəcəklər.

 

 Qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.