SƏTƏM üzrə kiçik məsləhətçi vakansiyası

 

Şirkət: Azertexnolayn MMC (Polad Boru Zavodu)

SƏTƏM üzrə kiçik məsləhətçi

 

Vəzifə öhdəlikləri:

Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında giriş təlimatı keçir və xüsusi qeydlər aparır;

Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;

Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;

Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir, təlimat sənədlərinə nəzarət edir;

İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;

Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;

Görülən işlər haqqında hesabat verir.

 

Namizədə tələblər:

Təhsil: Ali (müvafiq sahə üzrə);

Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;

Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyi üzrə biliklər;

Sahə əməliyyatlarının təhlükəsizlik aspektlərini anlama bacarığı;

Güclü ünsiyyət, analitik düşüncə və sənədləşmə qabiliyyəti;

Ofis proqramlarında işləməyi bacarmalı.

-  Korporativ nömrə;

-  Nahar

-  Növbəli iş rejimi

-  İş yeri : Sumqayıt şəhəri

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “SƏTƏM üzrə kiçik məsləhətçi” qeyd edərək gulshen.kerimli@azertexnolayn.com ünvanına CV formalarını göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.