SƏTƏM üzrə menecer vakansiyası
Tələblər:
• Ali təhsil ;
• İstehsalat, satış və logistika sahəsində minimum 3–5 il SƏTƏM üzrə rəhbər təcrübəsi;
• NEBOSH / IOSH və digər beynəlxalq sertifikatların olması;
• Əməyin Təhlükəsizliyi üzrə qayda və prosedurların hazırlaması və tətbiq edilməsinə dair məsuliyyət daşımaq;
• Fövqəladə hallar planlaşdırılması və risk analiz metodlarını bilmək;
• Güclü liderlik, analitik düşüncə və komanda idarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Satış, logistika və istehsalatda təhlükəsizlik və əməyin mühafizəsi üzrə rəhbərlik etmək;
• Qəza/ hadisə araşdırma heyətini idarə etmək və geniş araşdırma hesabatı təqdim etmək;
• Anbar və istehsalatda risklərin qiymətləndirilməsi;
• Qəza, zədələnmə və insidentlərin araşdırılması, hesabatların hazırlanması və baş vermiş hadisə ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• İstehsalat avadanlıqlarının təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq və texniki xidmət planlarına nəzarət etmək;
• Anbar və satış komandasının təhlükəsiz iş mühitinin qorunmasını təmin etmək;
• Dövlət və beynəlxalq SƏTƏM standartlarına (ISO 45001, ISO 14001 və s.) uyğun sənədləşmə və audit proseslərini idarə etmək;
• Şirkətin SƏTƏM strategiyası və illik fəaliyyət planının hazırlanmasına rəhbərlik etmək.
Təminatlar:
• Rəqabətə dəvamlı əmək haqqı;
• Nahar yeməyi;
• Korporativ nömrə.
Vakansiya haqqında əlavə məlumat:
• 5 günlük iş qrafiki (09:00-18:00)
• İş yeri: Ağ şəhər və Lökbatan
Uyğun namizədlərdən mövzu hissəsində “SƏTƏM üzrə menecer” qeyd edərək, [email protected] mail ünvanına müraciət etmələrini xahiş edirik.