Vakansiya: Mühasib
İş yeri: Bakı şəh., Neftçı Qurban 29, Bayıl Plaza
İş rejimi: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
Əsas vəzifə öhdəlikləri:
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;
Aylıq debitor-kreditor və balans hesabatların tərtibinin təşkili;
İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;
Odoo proqramında işləmək bacarığı
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında icra etmək;
Tələblər:
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi;
Odoo proqramını bilən namizədlərə üstünlük verilir;
Mühasibat və vergi uçotu sahəsində 3 il iş təcrübəsi;
MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmə bacarığı;
Uyğun namizədlər CV-lərini " Mühasib" başlığı qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 20.12.2025