Sığorta məsləhətçisi – Gəlirinizi satışla artırmaq istəyirsiniz? Bizimlə başlayın!

 

Namizədə tələblər

Yaş: 18 - 45

Cinsi: Bəy və Xanım

Təhsil: Natamam Ali və Ali

İş təcrübəsi: Təcrübə tələb olunmur – peşəkar təlimlərlə sizə dəstəl olacağıq!

Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)

 

Əsas vəzifə öhdəlikləri: 

Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək, müştərinin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu onlara təqdim etmək;

Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;

Mövcud müştərilərlə əlaqələri gücləndirərək davamlı əməkdaşlıq qurmaq;

Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

Sığorta müqaviləsinin vaxtında təqdim olunmasına və şərtlərin müştəriyə aydın izahına dəstək vermək.

 

Bacarıqlar

Təşəbbüskarlıq;

Ünsiyyətqurmaq bacarığı;

Fikirlərinin aydın izah edə bilmək;

Çalışqanlıq;

Dəqiqlik;

Öhdəliklərinə məsuliyyətli olmaq;

Yaranmış vəziyyətlərə çevik reaksiya vermə;

Komandada işləmək

Təklif olunan məhsulun satışını təmin etmə bacarıqları.

 

İş şərtləri

İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) 

          İş saatı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00

          İş yeri: Bakı şəhəri

 

Biz sizə nə təklif edirik?

Satış bacarıqları üçün xüsusi təlimlər və mentor dəstəyi

Uğurlu məsləhətçilər üçün karyera yüksəlişi

Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması

İşlə təmin olunma imkanı

Müasir idarəetmə sistemi və mehriban kollektiv

Satışlara əsasən artan gəlir

 

Göstərilən tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “Sığorta məsləhətçisi” yazaraq   [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.