SMM vakansiyası
Sosial medianı sadəcə aktiv saxlamaq yox, onu böyümə alətinə çevirmək istəyirik. Bunun üçün isə kreativ, analitik düşünən və sistemli işləyə bilən SMM axtarırıq.
Bu rol sadəcə post paylaşmaq deyil. Bu rol brendin səsini qurmaq, auditoriyanı cəlb etmək və nəticə yaratmaq üçündür.
Nələr edəcəksən?
• Sosial media strategiyasını qurmaq və davamlı inkişaf etdirmək
• Instagram, LinkedIn və digər platformalar üçün kontent plan hazırlamaq
• Post, story, reel və kampaniya məzmunlarını yaratmaq və idarə etmək
• Meta Ads üzərindən reklam kampaniyaları qurmaq və optimizasiya etmək
• Trendləri izləyib brendə uyğun tətbiq etmək
• Brendin kommunikasiya dilini qorumaq və inkişaf etdirmək
• Dizayn və marketinq komandası ilə koordinasiyalı işləmək.
Kimləri axtarırıq?
• SMM sahəsində təcrübəsi olan
• Kreativ düşünən və fərqli yanaşmalar təklif edə bilən
• Copywriting bacarığı olan
• Meta Business Suite və Ads Manager ilə işləməyi bacaran
• Deadline-larla işləməyi bacaran və məsuliyyətli
• Komanda ilə effektiv ünsiyyət qura bilən
Üstünlükdür:
• Reels formatlarında təcrübə
• Canva / Photoshop / basic dizayn bacarıqları
• Performance marketing anlayışı
Biz nə təklif edirik?
• Kreativ ideyaların real təsirə çevrildiyi mühit
• Sürətli və çevik iş mühiti
• Brendin inkişafında birbaşa iştirak
Əgər sən sosial medianı sadəcə paylaşım yox, strategiya və nəticə kimi görürsənsə, müraciə et
CV və portfolionu göndər: [email protected]