Sumqayıt “Gənclər Evi” sosial xidmət müəssisəsində *metodist* vəzifəsi üzrə vakansiya elan edilir. 

Müraciət etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

 

Tələblər: 

 

- Ali təhsil; 

- Gənclərlə iş sahəsində təcrübə; 

- 29 yaşadək; 

- MS Office proqramlarında sərbəst işləmək bacarığı; 

- Komanda ilə işləmə qabiliyyəti; 

- Yaxşı ünsiyyət və interpersonal bacarıqlar.

*Təqdim olunmalı sənədlər:* 

- Foto ilə CV (vəzifənin adı qeyd olunmaqla); 

- Şəxsiyyət vəsiqəsinin surəti; 

- Ali təhsil haqqında diplomun surəti (əgər varsa); 

- Elektron formada tərtib olunmuş tərcümeyi-hal.

 

Sənədlər elan paylaşılma tarixindən etibarən *10 iş günü* ərzində *[email protected]* elektron ünvanına göndərilməlidir. E-poçtun “mövzu” hissəsində müraciət edilən müəssisənin və vəzifənin adı qeyd olunmalıdır.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.