Təlimçi vakansiyası
HDC təlim şirkəti, peşəkar təlimlər keçirən, fərdi və korporativ inkişafı dəstəkləyən təlim mərkəzidir. Komandamıza qoşulmaq üçün satış sahəsində təcrübəli təlimçi axtarırıq.
Tələblər:
Minimum 3 il təlim keçmə təcrübəsi
Satış mövzularında praktik biliklər və real nümunələr
Auditoriya qarşısında sərbəst çıxış və interaktiv tədris bacarığı
Azərbaycan dilində mükəmməl danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
Günün iş saatları daxilində və işdən sonra da təlim keçmək imkanı
Bizimlə işləmək sizə nə qazandıracaq?
Müasir yanaşmalarla təlim imkanları
Fərdi və korporativ layihələrdə iştirak şansı
Dinamik və peşəkar komanda mühiti
Əgər siz də təcrübənizlə fərq yaratmaq və insanların inkişafına töhfə vermək istəyirsinizsə, CV-nizi [email protected] ünvanına göndərin.